"Azercell" yeni rabitə xidmətinin tətbiqinə hazırlaşır

17:12 2 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Report" xəbər verir ki, yenilik haqda şirkətin prezidenti Vahid Mürsəliyev Bakıda keçirilən "Bakutel-2015" beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində çərçivəsində keçirilən konfrans zamanı bildirib.
O, deyib ki, "Azercell" Wi-Fi şəbəkəsi əsasında Azərbaycanda səs xidmətləri göstərməyi nəzərdə tutur: "Bu, dünyanın bir neçə ölkəsində istifadə edilən ən müasir xidmətdir. Bunun tətbiqi məsələnin hüquqi tərəfindən, xüsusdən də lisenziyanın alınmasından asılı olacaq".
Qeyd edək ki, Wi-Fi əsasında səs xidmətləri mobil şəbəkə olmasa belə, internetə ADSL-çıxış olan binaların daxilində səs rabitəsini həyata keçirmək imkanlarını nəzərdə tutur.
V.Mürsəliyevin sözlərinə görə, yeni xidmətin tariflərinin mövcud paketlərdən baha olmayacağı gözlənilir.
Qeyd edək ki, yeni xidmətin Azərbaycanda 2016-cı ildə tətbiqi gözlənilir. 

Xəbərin orijinal ünvanı: http://report.az/i-kt/azercell-yeni-rabite-xidmetinin-tetbiqine-hazirlasir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR