Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıdakı "Formula-1" yarışlarına biletlərin satış vaxtı açıqlandı

Bakıdakı "Formula-1" yarışlarına biletlərin satış vaxtı açıqlandı

Date: 2 December 2015 17:12

2016-cı ildə Bakıda dünyanın ən yaxşı pilotlarının iştirakı ilə keçiriləcək "Formula-1" yarışlarının Avropa Qran Prisi mərhələsini eyni anda 30 minə yaxın tamaşaçı canlı izləyə biləcək. Bu ilin dekabrın 19-dan etibarən isə yarışların biletlərinin satışına başlanacaq.

Bu barədə Milli.Az-a açıqlamasında Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin (BŞHƏK) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai məlumat verib.

Onun sözlərinə görə, Bakı Şəhər Halqasında yarışları izləmək üçün seçim imkanı verən müxtəlif tribunaların quraşdırılması nəzərdə tutulur. Tribunalarda oturacaq yerlərin sayı təxminən 19500 olacaq, bundan əlavə, təxminən 10 min nəfərlik də yarışı izləmək üçün ayaqüstü yerlər olacaq.

Şöbə rəhbəri qeyd edib ki, yarışların START və FINISH zonası Hökumət Evinin qarşısında olacaq. Halqanın ümumi uzunluğu 6 kilometrdən artıq olacaq: "Bakı trası" uzunluğuna görə dünyada ikincidir, amma sürətinə görə birinci olacaq. Belə ki, Bakı Bulvarı ətrafında bolidlərin sürəti saatda 340 kilometri aşacaq ki, bu da Bakıdakı trası ən sürətli edəcək.

N.Arpadarai əlavə edib ki, hələ ki, görüləsi işlər çoxdur. Belə ki, ilkin mərhələdə könüllülərin cəlb olunması prosesinə başlanacaq. Marşalların təliminə isə artıq başlanıb.

Xatırladaq ki, ilkin təqvimə əsasən, "Formula-1" yarışlarının Bakıda 2016-cı ilin iyunun 19-da keçirilməsi nəzərdə tutulur.

İlkin İzzət
Milli.Az


Tags:  Bakıdakı Formula-1 yarışlarına biletlərin satış vaxtı açıqlandı



RƏYLƏR


Top news