Azərbaycan Türkiyə ilə Qazaxıstan arasında daşınan yüklərə güzəştli tariflər təklif edib

Azərbaycan Türkiyə ilə Qazaxıstan arasında daşınan yüklərə güzəştli tariflər təklif edib
17:12 2 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 2 dekabr. REPORT.AZ/ Türkiyədən Qazaxıstan istiqamətində yük maşınları ilə daşımalar üçün Xəzər dənizi üzərindən marşrutda əlverişli şəraitin yaradılması ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Azərbaycandan Qazaxıstana dəniz yolu ilə daşıma tariflərinə 20%-ə qədər endirim tətbiq edir.
Bu barədə "Report"a “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən daxil olan xəbərdə bildirilir.
Belə ki, yeni tarif sürücü ilə birlikdə 1 standart qoşqulu yük avtomobilinin (16,5 metr uzunluqda TİR) bir istiqamətdə (Bakı-Aktau və ya Aktau-Bakı) daşınması üçün 1 200 ABŞ dolları məbləğində müəyyənləşdirilir. Geri dönüş üçün bilet öncədən alındığı halda, bu tarif hər iki istiqamətə bir qədər də aşağı - cəmi 2 100 dollar təşkil edəcək.
Bildirilir ki, Bakı-Aktau və Aktau-Bakı istiqamətlərində daşımalar Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanından aparılır.


Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/azerbaycan-turkiye-ile-qazaxistan-arasinda-dasinan-yuklere-guzestli-tarifler-teklif-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR