Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Xəzərdə suyun səviyyəsi 1,3 metr azalıb

Xəzərdə suyun səviyyəsi 1,3 metr azalıb

Date: 2 December 2015 17:13

Bakı. Təmkin Cəfərov - Trend:

Yağıntıların azalması və havanın temperaturunun artması nəticəsində Xəzər dənizinin suyunun səviyyəsi ötən 20 il ərzində 1,3 metr azalıb. Trend-in "Mehr" agentliyinə istinadən verdiyi məlumata əsasən, bunu İranın Xəzər dənizi üzrə Milli Araşdırmalar Mərkəzinin sədri Cavad Məlik deyib.

C.Məlik bildirib ki, son iki illə müqayisədə Xəzər dənizinin suyunun səviyyəsi azalıb: “2014-cü ildə Xəzərin səviyyəsinin orta illik qiyməti Baltik sistem ilə -26,89 metr olub. Bu rəqəm 2013-cü illə müqayisədə 22 santimetr, 2012-ci illə müqayisədə isə 30 santimetrdən çox azalmanın olduğunu göstərir”.

Onun sözlərinə görə, Xəzərdə suyun səviyyəsi 1995-1996-cı illərdə ən yüksək həddə olub.

C.Məlik deyib ki, 2015-ci ilin yazında Volqa çayından Xəzər dənizinə tökülən suyun həcmi 2014-cü illə müqayisədə 24 faiz az olub.

Qeyd edək ki, Xəzər dənizinə irili-xırdalı 130 çay tökülür. Bu çaylar arasında əsas yeri Volqa (80%), Kür (6%) və Ural çayı (5%) tutur. Terek, Sulak, Samur çayları ümumilikdə Xəzərə tökülən suyun 5%-ni, yerdə qalan suyu isə İranın xırda çayları gətirir. Xəzərin şərq sahillərindən heç bir çay dənizə tökülmür.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Xəzərdə suyun səviyyəsi metr azalıb

RƏYLƏR


Top news