Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Fransa parlamentində "soyqırım" rüzgarı: sabah səsvermədir

Fransa parlamentində "soyqırım" rüzgarı: sabah səsvermədir

Tarix: 2 Dekabr 2015 17:22

Sabah Fransa parlamenti qondarma "erməni soyqırımı"nı inkara görə cinayət məsuliyyəti nəzərdə tutan yeni qanun layihəsini səsverməyə çıxaracaq.

APA-nın xəbərinə görə, bu barədə "Nouvelles d`Armenie" məlumat yayıb. Yeni qanun layihəsinin də müəllifi ermənipərəst fransalı parlamentar Valeri Buayedir.

Qeyd edək ki, 2013-cü ildə həmin parlamentarın müəllifi olduğu uydurma "erməni soyqırımı"nı inkara görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsi Fransa Senatında qəbul edilsə də, Konstitusiya Şurası qanunu Fransa Konstitusiyasına uyğun hesab etməyərək qəbul etməkdən imtina etmişdi.

Milli.Az


Teqlər:  Fransa parlamentində soyqırım rüzgarı sabah səsvermədir



RƏYLƏR


Top xəbərlər