Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Bakutel 2015” sərgisində "Azercell" yeni texnologiyalarını təqdim edib

Date: 2 December 2015 17:23


Bakı, 2 dekabr, AZӘRTAC
"Azercell Telecom" MMC Bakıda keçirilən “Bakutel 2015” 21-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya texnologiyaları sərgisində yeni texnologiyalarını təqdim edib.
AZӘRTAC xəbər verir ki, builki sərgidə "Azercell" yeni satış mərkəzi konsepsiyasını nümayiş etdirib. Bundan əlavə, dördüncü nəsil (4G) / Long Term Evolution (LTE) texnologiyası təqdim olunub. Bu texnologiya müştəriləri 300 meqabaytadək sürətlə təmin edir .
"Bakutel"də, həmçinin "Azercell"in bir sıra digər texnoloji yenilikləri də sərgilənib. Növbəti texnoloji yenilik - WiFi üzərindən səsli xidmətlərlə bağlıdır. Bundan əlavə, ziyarətçilər şirkətin yeni smartfonları ilə tanış olublar. Gənclər və digər internet həvəskarları üçün GəncOL tarifi təqdim olunub. Bu proqram vasitəsilə müştərilər kinoteatrlarda, dükan və restoranlarda, ticarət və əyləncə mərkəzlərində endirimlər əldə edə bilərlər.

Tags:  Bakutel 2015 sərgisində Azercell yeni texnologiyalarını təqdim edib



RƏYLƏR


Top news