Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyədən Rusiyaya qarşı həmlə: Qatardan maye qaz alınacaq

Date: 2 December 2015 17:24

 

Türkiyənin BOTAŞ dövlət şirkəti ilə Qatar milli neft şirkəti arasında sıxılmış maye qaz alqı-satqısına dair Memorandum imzalanıb.

 

APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, sənəd Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Qatara rəsmi səfəri çərçivəsində razılaşdırılıb.

 

Qatardan alınacaq sıxılmış maye qazın həcmi yaxın vaxtlarda tərəflər arasında imzalanacaq müqavilədə əksini tapacaq. Müqavilədə anlaşmanın müddəti də göstəriləcək.

 

Qeyd edək ki, təbii qaz xüsusi üsulla öz həcmindən 600 dəfə kiçildilərək maye hala gətirilir və anbarlarda saxlanılır.  


Tags:  Türkiyədən Rusiyaya qarşı həmlə Qatardan maye qaz alınacaq

RƏYLƏR


Top news