Rayonlarımızın yeni rayikonaları - Cəlilabad "Teymur əmi", Şəki "gülüş"

Rayonlarımızın yeni rayikonaları - Cəlilabad "Teymur əmi", Şəki "gülüş"
17:26 2 Dekabr 2015
92 Digər
Ölkə mətbuatı
A- A+

"Yelload" kreativ agentliyi ölkəmizin daha bir sıra rayonlarının rayikonalarını hazırlayıb. ANS PRESS-in məlumatına görə, hazırlanmış bu loqolar həvəskar əl işləridir. Agenliyin sosial media meneceri Müşviq Şirəliyev deyir ki, birinci dəfə bu rayikonları yaradarkən, bu qədər uğur qazanacağını bilməyiblər:

"Əslində, bu loqoların bu qədər məşhurlaşacağını ağlımızdan belə keçirmirdik. Keçən dəfə bir neçə rayonların loqolarını hazırladıq, sonra bizdən digər rayonların sakinləri də loqo istədilər və biz də bu istiqamətdə işlədik, daha 20 rayonun rayikonunu vətəndaşlarımıza təqdim etdik".


Müşviq Şirəliyev - sosial media meneceri (solda) və Anar İsmayıl - layihənin yaradıcısı Art direktor (sağda)

Bəs, rayikon nədir? Rayikon - rayon və ikona sözlərinin birləşməsindən yaranıb. Mənası rayonları işarə edən deməkdir.

Bu Azərbaycanda atılmış ilk addımdır. Amma bir müddət əvvəl Finlandiya öz ölkəsinə xas emoikonlar yaratmaqla bir ilkə imza atıb.

Azərbaycanın bəzi rayonları üçün hazırlanan rayikonaları və mənalarını sizə də təqdim edirik:


Ağdam - Qəssab və avtomobil (onların əsas peşələri )

Astara - Müalicə üçün İrana gedənlər

Babək - Nehrəm kəndində çıxan çox sayda generallara vurğu edilir

Cəbrayıl - Xüdafərin körpüsü

Cəlilabad - Teymur əmi

Füzuli - Azığ mağarası

Gəncə - Xəmsə

Göygöl - Dağlıq bölgə və göygöl

İsmayıllı - Bazardüzü zirvəsi

Lerik - Sayğac (uzunömürlülüyə işarə)

Qax - Sumuq qala

Quba - -Xınalıq kəndi

Şabran - Dəvənin hörgücləri (əvvəlki dəvəçi adı ilə bağlı)

Şəki - Gülüş

Şəmkir - İç-içə girmiş evlər (villalar)

Tərtər - Hədəf taxtası (Müharibə zonası olduğundan hər evdə bir kalaşnikov var

Xızı - Mikayıl Müşfiq (yenə o bağ olaydi -hasara alınmış bağ)

Xaçmaz - Sərhəddi keçmək istəyən pomidor

Xocalı - Məyus insan və siçan damcılardan yaranan qan gölməçəsi

Zərdab - Əkinçi qəzeti (Həsən bəy Zərdabi)

Ötən ay isə "Yelload" kreativ agentliyi daha 20 rayonumuzun loqolarını hazırlayıb. Onlar aşağıdakı rayonlardır:



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=366238

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR