Tranzit yükdaşımaları prosedurları sadələşdirilib

Tranzit yükdaşımaları prosedurları sadələşdirilib
17:28 2 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+



Bakı, 2 dekabr, AZƏRTAC
Tranzit yüklərin daşınması üçün daha əlverişli şəraitin yaradılması məqsədilə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası müvafiq tədbirlər həyata keçirib.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tranzit prosedurlarının sadələşdirilməsi və xidmət haqlarının aşağı salınması hesabına Azərbaycandan Qazaxıstanın Aktau və Türkmənistanın Türkmənbaşı limanlarına istiqamətlənmiş iritonnajlı yük avtonəqliyyat vasitələri üçün tranzit gediş-gəliş xərcləri təqribən 40 faiz aşağı salınıb.
Eyni zamanda, Bakı-Aktau-Bakı istiqamətləri üzrə dəniz yolu ilə daşıma tarifləri də 20 faizədək aşağı salınıb və hər iki istiqamət üzrə birlikdə 2100 ABŞ dolları həcmində müəyyənləşdirilib. Bununla da, hər bir iritonnajlı yük avtonəqliyyat vasitəsi üçün hər gediş-gəliş tranzit xərcləri hər iki istiqamət üzrə birlikdə təxminən 2600 ABŞ dolları təşkil edəcək.
Görülmüş tədbirlər Azərbaycanın tranzit cəlbediciliyini və tranzit yükdaşımalarından gəlirlərini daha da artıracaq. Tranzit yükdaşımalar üzrə iştirakçılar maraqlandıqları məsələlər, qarşılaşdıqları problemlərlə bağlı Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının ofisinə (Ünvan: Bakı şəhəri AZ1025, Xocalı prospekti 37, "Demirchi Tower", telefon: 488-80-38; faks: 488-80-48; e-mail: office@transit.az) müraciət edə bilərlər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tranzit_yukdasimalari_prosedurlari_sadelesdirilib-907604

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR