Türkiyə tərəfindən vurulan "Su-24"ün pilotu dəfn edildi

Türkiyə tərəfindən vurulan "Su-24"ün pilotu dəfn edildi
17:29 2 Dekabr 2015
41 Dünya
Ölkə mətbuatı
A- A+

 

Türkiyə tərəfindən vurulan Rusiyanın Su-24 təyyarəsinin pilotu Oleq Peşkov dəfn edilib.

 

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, Lipetskdə keçirilən dəfn mərasimində 10 mindən çox adam iştirak edib.

 

Qeyd edək ki, Rusiya prezidentinin fərmanı ilə O. Peşkova “Rusiya qəhrəmanı” adı verilib. Medalı onun həyat yoldaşına Rusiya Hava-Kosmik Qüvvələrinin baş komandanı təqdim edib.

 

Xatırladaq ki, Türkiyənin hava məkanını pozan Rusiyaya məxsus Su-24 təyyarəsi Suriya ilə sərhəddə vurulub. O. Peşkovun cənazəsi Türkiyədən Rusiyaya noyabrın 30-da gətirilib.

 

 

Rusiya xarici işlər naziri Serqey Lavrov kiprli həmkarı ilə keçirdiyi birgə brifinqdə deyib  ki, Rusiyaya məxsus Su-24 qırıcısının vurulmasından sonra Türkiyə nə etməli olduğunu özü başa düşməlidir: ““Türkiyəli həmkarlarımız nə etməli olduqlarını özləri anlamalıdırlar. Düşünürəm ki, hamı yaranmış vəziyyəti və belə hallarda nə etmək lazım olduğunu yaxşı anlayır”, - deyə S. Lavrov əlavə edib.

 

Rusiya XİN başçısı həmçinin Su-24 qırıcısının vurulmasının arxasında Suriya ilə bağlı danışıqların pozulması cəhdinin olmasını istisna etməyib.  

 

Qeyd edək ki, bir müddət öncə S. Lavrov ATƏT Xarici İşlər Nazirləri Şurasının dekabrın 3-4 tarixlərində Belqradda baş tutacaq toplantısında türkiyəli həmkarı ilə görüşə biləcəyini bildirib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/223685

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR