Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Tərlan Əhmədov Fariz Yusifovdan narazı qaldı

Tərlan Əhmədov Fariz Yusifovdan narazı qaldı

“Sonuncu yerdə olsaq da...” - Tərlan Əhmədov (19 Mart 2017 23:07)
"Özümdən küsürəm" - Tərlan Əhmədov (14 Mart 2017 19:57)
Tərlan Əhmədov: "Qarabağ"a məğlubiyyətə görə futbolçularıma iradım yoxdur" (14 Mart 2017 19:42)

Tarix: 2 Dekabr 2015 17:42

Tərlan Əhmədov "Zirə" ilə oyunla (1:2) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, AZAL-ın baş məşqçisi bunları deyib:


“İlk növbədə “Zirə”ni təbrik edirəm. Maraqlı oyun alındı, komandamın sərgilədiyi futboldan zövq aldım. Qeyd etməliyəm ki, zədəli futbolçularımız çoxdu. Düşünürəm ki, öz səhvlərimizdən qollar buraxdıq. Lakin azlıqda qalmağımıza baxmayaraq, qol vurmağımız məni sevindirdi. Oyunu unudub, çempionata köklənməliyik. Çünki bizi qarşıda 4 çətin oyun gözləyir. Bu oyundakı səhvləri qarşıdakı görüşlərdə təkrarlamamağa çalışacağıq. 


Oyun vaxtı futbolçu rəqibinə dirsək vurursa, üstünlük prinsipi mənim nəyimə lazımdı? Gəncədə Fariz Yusifov istədiyini elədi, oyundankənar vəziyyətdən bizə qol vurdular. Mən oyundan öncə hakimə deyirəm ki, qaydalar nə tələb edirsə, elə edin. Misal üçün “Sumqayıt”la oyunda qapımıza penalti verdilər, etiraz etmədim”.


Fanat.az


Teqlər:  Tərlan Əhmədov Fariz Yusifovdan narazı qaldı



RƏYLƏR


Top xəbərlər