Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Aqrar sahə: Yeni inkişaf mərhələsində” mövzusunda keçirilən yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb

Date: 2 December 2015 17:43


Bakı, 2 dekabr, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin “Aqrar sahə: Yeni inkişaf mərhələsində” mövzusunda jurnalistlər arasında keçirdiyi yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıblar.
AZƏRTAC xəbər verir ki, kənd təsərrüfatı nazir Heydər Əsədov müsabiqədə qalib gələn jurnalistləri təbrik edib. Nazir “Kənd təsərrüfatı ili” çərçivəsində aqrar sektorda görülən işlərin, əldə olunan nəticələrin, bu sahəyə göstərilən dövlət dəstəyinin ictimaiyyətə çatdırılmasında KİV nümayəndələrinin böyük xidmətləri olduğunu vurğulayıb.
Heydər Əsədov aqrar sahəyə göstərilən dövlət dəstəyindən danışaraq, fermer və sahibkarların müasir kənd təsərrüfatı texnikası, keyfiyyətli gübrə ilə təminatı, subsiyalaşdırma, toxumçuluğun inkişaf etdirilməsi, mal-qaranın süni mayalandırılması və digər tədbirlər barədə də məlumat verib.
Bildirildi ki, jurnalistlər arasında keçirilən yaradıcılıq müsabiqəsinin şərtlərinə uyğun olaraq, oktyabrın 1-dən noyabrın 10-dək komissiyaya daxil olan 25 materialdan 20-si mükafata layiq görülüb.
Sonra yaradıcılıq müsabiqəsində fərqlənən jurnalistlər mükafatlandırıldı.
Müsabiqənin qalibləri sırasında AZƏRTAC-ın müxbiri də var.

Tags:  Aqrar sahə Yeni inkişaf mərhələsində mövzusunda keçirilən yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb


RƏYLƏR


Top news