Mərkəzi Bankın valyuta ehtiyatları 2010-cu ilə səviyyəsinə düşüb

Mərkəzi Bankın valyuta ehtiyatları 2010-cu ilə səviyyəsinə düşüb
17:44 2 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Ehtiyatlar 5 illik minimumu yeniləyib

 

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmi 2015-ci il dekabr ayının 1-nə 6 245,6 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 8 748 mln. dollar və ya 58,33% azdır.

 

AMB-dən “APA-Economics”ə verilən məlumata görə, oktyabr ayı ilə müqayisədə noyabrda valyuta ehtiyatlarında 589 mln. manat və ya 8,62% azalma baş verib.

 

Ümumiyyətlə, ilin əvvəlindən Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 7 512,7 mln. dollar və ya 54,6% azalıb. Qeyd edək ki, 2014-cü ilin dekabr ayında Mərkəzi Bankın valyuta ehtiyatları 13 758,3 mln. dollar olub.

 

Onu da qeyd edək ki, sonunca dəfə Mərkəzi Bankın valyuta ehtiyatları 29.11.2010-cu il tarixdə bu səviyyədə olub. Beləliklə, Mərkəzi Bankın valyuta ehtiyatları 5 illik minimumu yeniləyib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/223690

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR