Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Nardaranda əməliyyat zamanı polisə müqavimət göstərilib, bir nəfər güllələnib

Nardaranda əməliyyat zamanı polisə müqavimət göstərilib, bir nəfər güllələnib

Qubada təriqətçilərə qarşı əməliyyat keçirildi: 23 nəfər saxlanıldı (06 Mart 2017 12:53)
“FETÖ”-yə qarşı ŞOK ƏMƏLİYYAT – 100-dən çox şübhəli saxlanıldı (23 Fevral 2017 10:43)
İki dominikanlı jurnalist canlı yayım zamanı güllələnib (15 Fevral 2017 14:52)

Tarix: 2 Dekabr 2015 17:52

Bakı. 2 dekabr. REPORT.AZ/ Bakının Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat zamanı bir nəfər yaralanıb. Bu barədə “Report”a Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov məlumat verib.
Belə ki, Əbülfəz Hacıbala oğlu (soyadı məlum deyil) əməliyyat zamanı polisə müqavimət göstərib. Nəticədə polis əməkdaşları atəş açmaq məcburiyyətində qalıb. Nəticədə o, ayağından yaralanıb. Ona tibbi yardım göstərilib.
Qeyd edək ki, dekabrın 1-də saat 08.00-dan qəsəbədə xüsusi əməliyyat keçirilməsinə başlanılıb. Müvafiq plana uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olub, müəyyən edilmiş yerlərdə postlar qoyulub və hazırda xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.

Teqlər:  Nardaranda əməliyyat zamanı polisə müqavimət göstərilib nəfər güllələnib



RƏYLƏR


Top xəbərlər