Nardaranda əməliyyat zamanı polisə müqavimət oldu, yaralı var

18:08 2 Dekabr 2015
61 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dünəndən başlayaraq Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları tərəfindən əməliyyatlar davam etdirilir. Keçirilən xüsusi əməliyyat zamanı bir nəfər polisə müqavimət göstərərkən yaralanıb.

Trend-in məlumatına görə, Nardaran sakini Əbülfəz Hacıbala oğlu polisə daş atıb. Polis məcburiyyət qarşısında müqavimət göstərən şəxsi ayağından yaralayıb.

Qeyd edək ki, ötən gün saat 08:00-da vətəndaşlarımızın hüquqlarının, azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, əllərdə qanunsuz saxlanılan odlu silahların, partlayıcı maddə və qurğuların yığılması məqsədilə Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilməsinə başlanılıb.

Müvafiq plana uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olub, müəyyən edilmiş yerlərdə postlar qoyulub və hazırda xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2464240.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR