İlham Əliyev sərgidə - fotolar

İlham Əliyev sərgidə -  fotolar
18:11 2 Dekabr 2015
46 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Baku Expo Mərkəzində “BakuTel-2015” XXI Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi ilə tanış olub.

Axşam.az xəbər verir ki, dövlət başçısına dekabrın 5-dək davam edəcək “BakuTel-2015” beynəlxalq sərgisində 200-dən artıq şirkət iştirak edəcəyi məlumatı deyilib. Yeni şirkətlərin diqqətini cəlb edən sərgidə bu il debütantların sayı iştirakçıların ümumi sayının 15 faizini təşkil edir.

Sonra prezident İlham Əliyev sərginin pavilyonları ilə tanış olub.

“BakuTel-2015” sərgisi çərçivəsində “Azerspace-2” peykinin orbitə çıxarılması barədə Azərbaycan prezidentinin iştirakı ilə “Azərkosmos” ASC ilə Fransanın “Arianespace” şirkəti arasında müqavilə imzalanıb. (AzərTac)







Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=41809

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR