Geni modifikasiya olunmuş düyü bəşəriyyəti aclıqdan xilas etmək üçün yeganə ümiddir

Geni modifikasiya olunmuş düyü bəşəriyyəti aclıqdan xilas etmək üçün yeganə ümiddir
18:13 2 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 2 dekabr, AZƏRTAC
Britaniya alimləri tezböyüyən və xüsusi qulluq tələb etməyən GMO-çəltiyi (GMO geni modifikasiya olunmuş orqanizmdir) uzunmüddətli perspektivdə aclıqdan xilas olmaq üçün bəşəriyyətin yeganə ümidi adlandırıblar.
AZƏRTAC “Lenta.ru” saytına istinadla xəbər verir ki, çəltiyin geni dəyişdirilmiş növü “C4 Rice Project” layihəsi çərçivəsində yetişdirilir. Bu layihə Bill və Melinda Qeytslərin dəstəyi ilə 2008-ci ildə start götürüb. Tədqiqatlarda səkkiz ölkədən 12 elmi müəssisə iştirak edir.
Çəltik tipinə görə fotosintezin C3 sinfinə aiddir və yetərincə şıltaq kənd təsərrüfatı bitkisi sayılır. Alimlərin məqsədi onun sinfini C4-ə dəyişdirməkdir. Bu, həmin dənli bitkinin məhsuldarlığını 50 faiz artmağa, onu xüsusi qulluq tələb etməyən daha tezböyüyən bitkiyə çevirməyə imkan verir.
Alimlər ilk iki fazanın gedişatında C4 sinfinin fotosintezinə cavabdeh olan bitkilərin biokimyəvi və morfolojı komponentlərini uğurla indentidikasiya ediblər. Tədqiqatın üçüncü mərhələsi geni modifikasiya olunmuş çəltiyin tənzimləyici mexanizmlərinin tədqiq edilməsindən ibarətdir.
Tədqiqatçıların fikrincə, bir çox bitkilərin C3 sinfi fotosintezindən C4 sinfinə keçidi təkamül amili ilə bağlıdır və bu səbəbdən həll etdikləri məsələ göründüyü qədər çətin deyil.
Tədqiqatın rəhbərlərindən biri, professor Ceyn Lanqdeyl deyib: “Yer kürəsində əhalinin artım sürətini və urbanizasiyanın miqyasını nəzərə alsaq, yaxın 35 ildə insanlara özlərini dolandırmaq üçün iki dəfə çox düyü lazımdır. Ümidvaram ki, biz bu məsələni vaxtında həll edəcəyik”.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Geni_modifikasiya_olunmus_duyu_beseriyyeti_acliqdan_xilas_etmek_uchun_yegane_umiddir-907627

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR