Prodüser Təranənin adı qadın alverində hallanır

Prodüser Təranənin adı qadın alverində hallanır
18:26 2 Dekabr 2015
137 Şou
Ölkə mətbuatı
A- A+

Son günlər adı yol polisi ilə qalmaqalda hallanan məşhur prodüser Təranə Səmədova ilə bağlı şok məlumat yayılıb. 

Axşam.az criminal.az-a istinadən xəbər verir ki, bir neçə gün əvvəl sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə saxlanılan prodüser həmin hadisədən əvvəl daha ciddi cinayətdə şübhəli bilinib. T.Səmədova qadın alveri şübhəsi ilə bağlı Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə (İAQMİ) çağırılıb.

Sayt yazır ki, 3 qadın T.Səmədovadan şikayət edərək, zorla cinsi istismara məruz qaldıqlarını deyib. Məhz buna görə prodüser İAQMİ-nə çağırılıb.

Məsələ ilə bağlı lent.az-a açıqlama verən T.Səmədova bu iddianı təkzib edib:
 
“Artıq 10 ildən çoxdur ki, mən şou-biznesdəyəm. Bu sahədə hansı yolla, nə əziyyətlə pul qazandığımı hər kəs bilir. Həyat tərzim də hər kəsə bəllidir. Bu məsələ ilə bağlı məni heç kim saxlamayıb, heç yerə də çağırılmamışam. Bu cür mövzularda adımın hallanması məntiqə uyğun deyil. Bu, sadəcə məni gözü götürməyən insanların mənə qarşı qara piarıdır. Bu cür şayiələri yaymaqla nə əldə etmək istəyirlər ki? Bir də bu mövzu barədə danışmayacam”.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=41811

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR