Türkiyə Daxili İşlər Nazirliyi əməliyyat keçirib.
"Qafqazinfo" Türkiyə KİV-nə istinadən xəbər verir ki, əməliyyat zamanı aktyor Sezer İnanoğlu (Sezercik) həbs olunub.
Aktyorun evində axtarış zamanı 2007-ci il istehsalı olan uzun lüləli silah, narkotik aşkarlanıb. Əməliyyat zamanı polis əməkdaşları və Sezer İnanoğlu arasında qarşıdurma yaşanıb.
Beykoz Ədliyyəsi aktyora 5 il, 10 ay həbs cəzası verib.
Qeyd edək ki, Sezer İhanoğlu bir müddət əvvəl həbs olunmuş, sonra sərbəst isə buraxılmışdı.
Milli.Az