BDU-nun magistrləri Türkiyənin media qurumlarında təcrübə keçəcəklər

18:28 2 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 2 dekabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Bakı Proqram Koordinasiya ofisinin əlaqələndiricisi Mustafa Haşim Polat və müavini İsmail Gürlek ilə görüşüb.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, görüşdə BDU ilə TİKA arasında imzalanan müqavilədən sonra görülən işlərdən, jurnalistika fakültəsinin tədris-televiziya və radio studiyasının yenidən qurulmasından danışılıb.
Bildirilib ki, TİKA yeni studiyaya əməkdaşlığa cəlb ediləcək magistrlərə təqaüd verilməsini, onların bu sahədə daha da təkmilləşmələri istiqamətində Türkiyənin media qurumlarında təcrübə keçmələrinə şərait yaratmağı planlaşdırır.
Görüşdə birgə layihə çərçivəsində jurnalistika fakültəsinin bir qrup müəllim və tələbəsinin Türkiyəyə səfərləri, qardaş ölkənin aparıcı universitetlərində və media qurumlarında təlim-təcrübə proqramında iştirak etmələri də xatırladılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/BDU_nun_magistrleri_Turkiyenin_media_qurumlarinda_tecrube_kechecekler-907641

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR