"28 May" metrosunda HƏYƏCAN

"28 May" metrosunda HƏYƏCAN
18:34 2 Dekabr 2015
102 Ölkə
Ölkə mətbuatı
A- A+

Bir neçə dəqiqə əvvəl "İçərişəhər" - "Həzi Aslanov" xətti üzrə hərəkət edən qatardakı sərnişinlər "Sahil" staniyası ilə "28 may" stansiyaları arasında tüstülənmə hiss ediblər.

Sərnişinlərin Milli.Az-a bildirdiyinə görə, tüstülənmə qatarda yox, tuneldə baş verib. Amma bu hadisə qatarların hərəkətinə mane olmayıb, qatarlar normal qrafik üzrə hərəkət edir.

Məsələ ilə bağlı Lent.az-a açıqlama verən "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, hadisə "Sahil" və "28 may" stansiyaları arasında tuneldə, kabeldəki muftada qızma nəticəsində baş verib:

"Tuneldə ventilyasiya işlədiyindən tüstünün iyi ətrafa da yayılıb. Artıq əməkdaşlarımız hadisə yerində olublar və nasazlıq qısa zamanda aradan tam qaldırılıb. Tüstülənmə qatarların hərəkətinə mane olmayıb. Qatarlar indi də öz qarafiki üzrə hərəkət edir". 

 

 

 

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/223693

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR