Ermənistanın maliyyə mənbələri kəsildi

Ermənistanın maliyyə mənbələri kəsildi
18:36 2 Dekabr 2015
45 Digər
Ölkə mətbuatı
A- A+

“Birləşmiş erməni fondu” Ermənistanda və qondarma Dağlıq Qarabağ respublikasında öz fəaliyyətini dayandırdı.

ANS PRESS-in məlumatına görə, belə bir qərar fondun baş sponsoru Kirk Kerkoryanın ölümündən sonra qəbul edilib.

Bu fondun baş ofisi ABŞ-da yerləşir. Təşkilat Ermənistana və qondarma Dağlıq Qarabağ Respublikasına 26 il ərzində 720 milyon dollar maliyyə yardımı edib.

Məlumata görə, fond bu illər ərzində Ermənistana və Dağlıq Qarabağa dərman, tibbi avadanlıq, kompüter, rabitə vasitələrini təmanasız verib. Həmçinin bundan sonra “Birləşmiş erməni fondu”nun dəstəyi ilə kənd təsərrüfatı proqramları da həyata keçirilməyəcək.

Ümumiyyətlə, Ermənistan daima xarici maliyyə mənbələrindən asılı vəziyyətdə olub.

Hökümət müxtəlif bəhanələrlə xaricdə yaşayan ermənilərdən fondlar vasitəsi ilə pul yığır. Ermənistanda bu məqsədlə xüsusi təşkilatlar yaradılıb. Bu təşkilatlar Ermənistanın büdcəsini doldurmaq üçün xaricdə yaşayan imkanlı erməni vətəndaşların hər birindən 1000 dollar pul alır. Qondarma soyqırımın 100 illiyi ərəfəsində ayrılan pullar İrəvan-Xankəndi arasında yolun çəkilməsinə xərcləndi. Ermənistan höküməti Şuşaya yardım kompaniyaları keçirməklə ölkəyə milyonlarla dollar pul gətirilir.

Həmçinin əldə edilən pullar Qarabağ və onun ətrafındakı rayonların erməniləşdirilməsinə xərclənir. Azərbaycana aid abidələr isə dağıdılır. İşğal edilmiş ərazilərdə Çexiya, Kanada, Fransa, Livan, ABŞ və digər ölkələrin şirkətlərinin fəaliyyət gösərməsi ilə bağlı dəfələrlə məlumatlar yayılıb.



Dağıdılan Azərbaycan abidələri


Ermənistan hökuməti 1999-cu ildən etibarən bir çox xarici ölkə şirkətlərini Qarabağa investisiya yatırmağa sövq edə bilib. Məlumata görə, Ermənistan da daxil olmaqla Qarabağda rəsmi şəkildə fəaliyyət göstərən 24 şirkət hər il özlərinin Qarabağdakı istehsal müəsisələrinə 35,096,500$ investisiya yatırıb.

Bu qeyri-qanuni fəaliyyət nəticəsində xarici şirkətlər tərəfindən hər il Qarabağa 37 841 800$ investisya qoyulur, bu isə işğal altında olan bölgədə 1725 daimi iş yerinin yaranmasına səbəb olur.



Ermənistanda mitniqlər


Bütün bunlar iqtisadi çətinlik yaşayan Ermənistan əhalisini sakitləşdirməyə hesablansa da günü-gündən bu plan iflasa uğrayır. Çünki demək olar ki, hər gün iqtisadi çətinlikdə üzləşən Ermənistan əhalisi mitinqlər keçirir. Etirazçılar bahalaşmadan və elektrik enerjisi tarifinin qaldırılmasından şikayətlənirlər. Onlar həmçinin konstitusiya dəyişikliklərinə də etiraz edirlər. Ermənistan hökümətinin xarici maliyyə mənbələrinin kəsilməsi isə onun iqtisadi vəziyyətini daha da çətinləşdirəcək. Çünki həmin fondlar Ermənistanda və Dağlıq Qarabağda əsasən sosial layihələr həyata keçirirlər.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366244

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR