Nazir: Azərbaycan və Efiopiya arasında turizm və mədəniyyət üzrə əməkdaşlıq üçün böyük potensial var

Nazir: Azərbaycan və Efiopiya arasında turizm və mədəniyyət üzrə əməkdaşlıq üçün böyük potensial var
18:38 2 Dekabr 2015
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycanın Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri Elman Abdullayev Efiopiyanın yeni təyin olunmuş mədəniyyət və turizm naziri xanım Aişə Musa ilə görüşüb.

Azərbaycanın Efiopiyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, görüş zamanı E.Abdullayev bu vəzifəyə təyin edilməsi münasibətilə A.Musanı təbrik edərək, yeni fəaliyyətində ona uğurlar arzulayıb. Həmçinin səfir Azərbaycan haqqında geniş məlumat verərək, Azərbaycanın turizm sahəsində əldə etdiyi uğurları və regionun ən qədim və zəngin maddi-mədəni və dini abidələrinin ölkəmizin ərazisində yerləşdiyini qeyd edib. O, bir çox mötəbər, beynəlxalq miqyaslı tədbirlərə ev sahibliyi edən Azərbaycanın mühüm beynəlxalq mərkəzə çevrildiyini nazirin diqqətinə çatdırıb.

A.Musa, öz növbəsində, səmimi təbrikə görə təşəkkürünü bildirib. Efiopiyalı rəsmi Azərbaycanın sürətlə inkişaf etdiyini və qısa müddət ərzində inkişaf etmiş ölkə kimi tanındığını yüksək qiymətləndirib. Nazir ölkəsinin Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olduğunu, həm turizm, həm də mədəniyyət sahələrində əməkdaşlıq üçün böyük potensialın mövcud olduğunu bildirib.

Görüşdə iki ölkə arasında əməkdaşlığın inkişafı üçün qarşılıqlı səfərlərin həyata keçirilməsi, təcrübə mübadiləsinin aparılması və hüquq-müqavilə bazasının yaradılmasının vacibliyi qeyd edilib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2464257.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR