Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İngilis dili olimpiadasının qalibləri mükafatlandırılıblar

İngilis dili olimpiadasının qalibləri mükafatlandırılıblar

Date: 2 December 2015 18:38


Bakı, 2 dekabr, AZƏRTAC
“ADA” Universitetində “FOCUS” tələbə klubunun təşəbbüsü, universitetin təhsilin idarə edilməsi fakültəsinin və “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin dəstəyi ilə 10-11-ci sinif şagirdləri arasında noyabrın 15-dən 22-dək akademik məqsədlər üçün ingilis dili olimpiadası keçirilib.
AZƏRTAC xəbər verir ki, dekabrın 2-də olimpiadanın qalibləri mükafatlandırılıblar. Ən yüksək nəticə göstərən finalçılar isə “ADA” Universitetində ingilis dili üzrə yay məktəbində iştirak etmək imkanı qazanıblar.




Tags:  İngilis dili olimpiadasının qalibləri mükafatlandırılıblar


RƏYLƏR


Top news