“Formula-1” yarışları ilə bağlı stend ziyarətçilərin böyük marağına səbəb olub

“Formula-1” yarışları ilə bağlı stend ziyarətçilərin böyük marağına səbəb olub
18:43 2 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 2 dekabr, Ramiz Quliyev, AZƏRTAC
Bakı Ekspo Mərkəzində keçirilən “Bakutel 2015” sərgisində “Formula-1” Avropa Qran-pri yarışları ilə bağlı stend ziyarətçilərin böyük marağına səbəb olub.
AZƏRTAC xəbər verir ki, stenddə qoyulmuş yarış avtomobilinə yaxından tamaşa etmək istəyənlərin ardı-arası kəsilmir. Bəziləri isə bu sürət maşınının yanında xatirə şəkli çəkdirir.
Bakı Şəhər Halqasının Əməliyyat Şirkətinin təmsilçisi Gülnaz Quliyeva bildirib ki, yarışların keçirilməsi 2016-cı il iyulun 17-19-da nəzərdə tutulub. Yarışın məkanı Bakı halqası adlanır.
Qeyd olunub ki, “Formula-1” yarışları 20 müxtəlif çətinlikli döngəsi və 6 kilometrlik uzunluğu ilə 51 dövrədə tamamlanacaq və bu arada avtomobilin sürəti saatda 340 kilometrə çatacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Formula_1_yarislari_ile_bagli_stend_ziyaretchilerin_boyuk_maragina_sebeb_olub-907647

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR