Qadınların informasiya-kommunikasiya texnologiyalarının inkişafındakı rolu müzakirə ediləcək

Qadınların informasiya-kommunikasiya texnologiyalarının inkişafındakı rolu müzakirə ediləcək
18:53 2 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 2 dekabr, AZƏRTAC
Azərbaycan Qadınlarının İKT Klubu olan "Femmes Digitales"in "IE Venture Day Baku" layihəsi ilə birgə dekabrın 3-də Bakıda keçirəcəyi sessiyada qadınların informasiya-kommunikasiya texnologiyalarının və startap layihələrinin inkişafındakı rolu müzakirə ediləcək.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, sessiyada iştirakçılar öz uğur hekayələrini bölüşəcək, İKT sahəsində qızların və qadınların iştirak səviyyəsinin aşağı olmasının səbəblərini və bununla bağlı cəmiyyətdə yaranmış stereotipləri müzakirə edəcək, eləcə də bir sıra digər maraqlı mövzulara toxunacaqlar.
Tədbirdə "Femmes Digitales" klubu, həmçinin fəaliyyətinin ilk ildönümünü də qeyd edəcək. Ötən il ərzində klubun fəaliyyətinin nəticələri müzakirə olunacaq, bu müddət ərzində keçirilmiş maarifləndirici tədbirlər, qadınların İKT sahəsinə akademik və peşəkar maraqlarının təşviqi istiqamətində atılmış addımlar barədə məlumat veriləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qadinlarin_informasiya_kommunikasiya_texnologiyalarinin_inkisafindaki_rolu_muzakire_edilecek-907649

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR