Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Kamal Quliyev: "Danışanda Premyer Liqadan dəm vururuq"

Kamal Quliyev: "Danışanda Premyer Liqadan dəm vururuq"

Date: 2 December 2015 18:55

"Neftçala" - "Sumqayıt" oyunundan sonra ev sahiblərinin baş məşqçisi Kamal Quliyev də mətbuat nümayəndələrinin qarşısına çıxıb.

O, komandasının rəqibdən geri qaldığını bildirib:

"Biz bu oyunu səbirsizliklə gözləyirdik. Danışanda Premyer Liqadan dəm vururuq, Premyer Liqada oynamaq istəyirik. Düşünürəm ki, ustalıq səviyyəsinə görə rəqib bizi üstələdi və son dəqiqədə qol vurdular. Komandamı təbrik edirəm, əzmkar oyun sərgilədilər. Mən futbolçularla söhbətdə demişdim ki, “Sumqayıt”la oyun bizim üçün sınaqdır. Bizim əsas məqsədimiz I Divizionun qalibi olmaqdır. Kubok yarışında isə gücümüz çatan qədər mübarizə apardıq. Bundan artığını edə bilməzdik".


Tags:  Kamal Quliyev Neftcala - Semkir

RƏYLƏR


Top news