Azərbaycanda növbəti devalvasiya

Azərbaycanda növbəti devalvasiya
18:56 2 Dekabr 2015
153 Digər
Ölkə mətbuatı
A- A+

"Neftin qiyməti düşəndən sonra Azərbaycan manatı sarsılmaz qalıb. Lakin hakimiyyətin və Mərkəzi Bankın manatın kursunu istənilən yolla sabit saxlamaq istəyi ona baha başa gəlib. Bundan başqa qiyməti hələ də stabilləşməyən neft ixracatda böyük paya sahibdir".

ANS PRESS-in məlumatına görə, bunu dünyanın 3 ən iri şirkətindən biri, ABŞ-ın ən böyük bankı olan Bank of America yazıb.

Qeyd edilib ki, Azərbaycan manatın məzənnəsini qorumaq üçün öz ehtiyatının 25 faizini sərf edib. Lakin ABŞ bankı hazırki vəziyyətdə bu siyasətin davam etdirilməsinin real olmadığını bildirib.


Bank of America-nın Nyu-Yorkdakı binası


Bank mütəxəssisləri qeyd edib ki, məhz bu səbəbdən Azərbaycan manatın kursunun dollara bağlılığından imtina etməli olacaq. Yəni manatın kursu artıq dollara nisbətdə müəyyən edilməyəcək. Bunun üçün isə manatın yenidən 30-35 faiz devalvasiyası lazımdır.

Belə bir proqnoz verərkən Bank of America iki amili - neftin qiymətinin düşməsini və qonşu ölkələrin milli valyuta məzənnəsinin enməsini nəzərə aldığını bildirib.



Məlumat üçün bildirək ki, Mərkəzi Bank açıqladığı statistikada manatı qorumaq üçün 589 milyon dollar xərcləyib. Bu, əvvəlki ayla müqayisədə 3 dəfədən artıq göstəricidir.

Belə ki, 2015-ci ilin 30 sentyabr tarixinə ölkənin rəsmi valyuta ehtiyatı 7014,7 milyon dollar, 30 oktyabra 6834,6 milyon dollar, 30 noyabr tarixinə isə 6245,6 milyon dollar təşkil edib.

Beləliklə, sentyabr-oktyabr aylarında azalma 180,1 milyon manat idisə, oktyabr-noyabr aylarında bu azalma 589 milyon manat olub.


Azərbaycanın müvafiq dövrlərdə pul ehtiyatları (milyon ABŞ dolları)
Mənbə: Azərbaycan Mərkəzi Bankı


Azərbaycanda manatın 36%-ə yaxın devalvasiyası bu ilin fevral ayında baş verib. Dolların kəskin bahalaşması, manatın ucuzlaşması nəticəsində bir sıra sahələrdə, o cümlədən sığorta, bank sektorunda problemlər yarandı. Eyni zamanda problemli kreditlərin artması da kommersiya banklarının fəaliyyətinə mənfi təsir etdi.

Bundan başqa, bir sıra müəssisələrdə xərclərin azaldılması məqsədilə ixtisarlar aparıldı, bəzi xərclər, layihələr təxirə salındı.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=366230

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR