Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib

18:58 2 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 2 dekabr, AZƏRTAC 
Dekabrın 2-də Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda komitənin sədri Ziyad Səmədzadə Azərbaycan iqtisadiyyatının dinamik inkişaf etdiyini, ölkəmizin qarşısında yeni vəzifələrin, hədəflərin qoyulduğunu qeyd edib. Bildirilib ki, bu səbəbdən iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin məsuliyyəti, qanunvericiliyin təkmilləşməsi istiqamətində rolu daha da artır.
İclasın gündəliyinə yeddi məsələ daxil edildiyini deyən komitə sədri bunlardan üçünün beynəlxalq sazişlər olduğunu qeyd edib. O bildirib ki, Azərbaycan və Vyetnam hökumətləri arasında hava əlaqələri haqqında, o cümlədən bu ölkə ilə gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım barədə, həmçinin San-Marino hökuməti ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunmasına dair sazişlər ölkəmizin beynəlxalq münasibətlərinin inkişafına xidmət edir.
Bildirilib ki, gündəlikdəki digər məsələlər isə Ticarət Gəmiçiliyi Məcəlləsinə, “Dövlət rüsumu haqqında”, “Təbii inhisarlar haqqında” və “Gömrük tarifi haqqında” qanunlara dəyişikliklər edilməsi barədədir.
Deputatların fikirləri dinlənildikdən sonra gündəlikdəki məsələlərin hamısı Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Milli_Meclisin_iqtisadi_siyaset_senaye_ve_sahibkarliq_komitesinin_iclasi_kechirilib-907653

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR