Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Petkim Specialities”də plastiklər və kimyəvi məhsullar istehsal ediləcək

“Petkim Specialities”də plastiklər və kimyəvi məhsullar istehsal ediləcək

Date: 2 December 2015 18:58


Bakı, 2 dekabr, Nihad Budaqov, AZƏRTAC 
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki ən böyük aktivi olan və 60-a yaxın neft-kimya xammalı istehsal edən “Petkim PetroKimya Holding A.Ş.”nin yeni yaratdığı “Petkim Specialities Mühendislik Plastikleri Sanayi ve Ticaret A.Ş.” (Petkim Specialities) adlı törəmə şirkətində müasir texnologiya ilə plastiklər və kimyəvi məhsullar istehsal olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “Petkim Petrokimya Holding A.Ş.”nin baş direktoru Sadəddin Qorqud məlumat verib. O bildirib ki, “Petkim Specialities” müasir mühəndislik məhsulu olan plastiklərin (masterbach, compund) və kimyəvi məhsulların istehsalı üzrə ixtisaslaşacaq. “Petkim Specialities”in bütövlükdə “Petkim PetroKimya Holding A.Ş.”yə məxsusdur.
S.Qorqud deyib: “Müəssisəyə ilkin mərhələdə təxminən 5 milyon ABŞ dolları həcmində investisiya sərf olunacaq. “Petkim”in nəzdindəki 14 min ton istehsal tutumuna malik Plastik İstehsalı Fabrikinin bütün imkanları da “Petkim Specialities” tərəfindən istifadə ediləcək. Müəssisə ilkin mərhələdə 10 min ton tutumlu yeni avadanlıqlarla təmin olunacaq. “Petkim Specialities”in istehsal tutumunun 24 min tona çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, “Petkim PetroKimya Holding A.Ş.”nin səhmlərinin 61,32 faizi SOCAR-a məxsusdur. SOCAR 2012-ci il mayın 30-dan etibarən isə Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) adı ilə davam etdirir.



Tags:  Petkim Specialitiesdə plastiklər kimyəvi məhsullar istehsal ediləcək



RƏYLƏR


Top news