Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 7 milyon manat ayrılıb

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 7 milyon manat ayrılıb

Date: 2 December 2015 18:58


Bakı, 2 dekabr, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 2-də “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən Naxçıvan Muxtar Respublikasında abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə Prezidentin ehtiyat fondundan muxtar respublikanın Nazirlər Kabinetinə 7 milyon manat ayrılıb.

Tags:  Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsi milyon manat ayrılıb



RƏYLƏR


Top news