Bakı, 2 dekabr, AZƏRTAC
Dekabrın 2-də Macarıstanın paytaxtı Budapeştdə kempo döyüş növü üzrə yeddinci Avropa çempionatı başlayıb.
AZƏRTAC xəbər verir ki, yarışda iştirak edən Azərbaycan millisinin heyətində Xəyal Məmmədzadə (75 kq), Pərviz Paşayev (90 kq) və İlham Ağaverdiyev (100 kq-dan yuxarı) yer alıblar.
Millimiz çempionatda Azərbaycan Kempo Federasiyasının prezidenti Rauf İbrahimovun rəhbərliyi altında mübarizə aparır.
Çempionata dekabrın 6-da yekun vurulacaq.