Hamının gözlədiyi görüş baş tutucaq

Hamının gözlədiyi görüş baş tutucaq
04:41 30 Dekabr 2014
73 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel Fransa prezidenti Fransua Olland və Ukrayna prezidenti Petro Poroşenko yanvarın 15-də görüş keçirəcəklər.

ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna prezidenti Poroşenko keçirdiyi mətbuat konfransında açıqlama verib.

Poroşenko Ukraynanın şərqindəki zorakılıqlar barədə müzakirələrə Birləşmiş Ştatlar prezidenti Barak Obamanın da qatılacağının mümkün olduğunu bildirib.

Ukrayna prezidenti ölkənin şərqindəki münaqişəyə son qoyulması ilə bağlı danışıqların Qazaxıstanın paytaxtı Astanada keçiriləcəyini deyib.

Qeyd edək ki, BMT-nin son hesabatına görə, Ukrayna hökuməti qüvvələri ilə Rusiya tərəfdarı separatçılar arasında aprel ayında başlayan döyüşlərdən bəri 4700-dən çox insan ölüb. Kiyev və qərb, hər ikisi ölkədə münaqişənin qızışdırılmasında Rusiyanı ittiham etsə də, Moskva ittihamları rədd edir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=317061

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR