Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

"Barselona"da iki müqavilə

"Barselona"da iki müqavilə

Date: 2 December 2015 19:05

"Barselona" iki futbolçusu ilə yeni müqavilə imzalamağa hazırlaşır.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yarımmüdafiəçi Serxio Buskets və hücumçu Neymar yeni saziş bağlamağa razılıq verib.

Buskets hələ bu ilin fevralında anlaşmasının müddətini 2019-cu ilə qədər uzatmışdı. Rəhbərlik yenidən 27 yaşlı oyunçuya yeni müqavilə təklif edib və müsbət cavab alıb. 2016-cı ildən Busketsin məvacibi də artırılacaq.

Neymar da anlaşmaya görə, hələ 3 il bu kluba məxsus olacaq. Lakin futbolçunun menecerliyini edən atası yeni müqaviləyə hazırlaşdıqlarını söyləyib. Buskets kimi, Neymarın da maaşı artırılacaq.

Hər iki futbolçunun yeni müqaviləsinin neçə illik olacağı hələlik açıqlanmayıb.

Milli.Az


Tags:  Barselonada iki müqavilə

RƏYLƏR


Top news