Milli Məclisdə Azərbaycan-Ukrayna əlaqələri müzakirə olunub

Milli Məclisdə Azərbaycan-Ukrayna əlaqələri müzakirə olunub
19:13 2 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 2 dekabr, Əsəd Məmmədov, AZƏRTAC
Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov dekabrın 2-də Ukrayna Prezidenti Administrasiyasının rəhbəri Boris Lojkinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-Ukrayna münasibətləri, o cümlədən parlamentlərarası əlaqələr barədə müzakirələr aparılıb.
Ziyafət Əsgərov dost ölkələrimiz arasında yaxşı əlaqələrin olduğunu deyib. Qeyd edib ki, ölkələrimiz, həmçinin beynəlxalq təşkilatlarda əməkdaşlıq edir və bir-birinin mövqeyini dəstəkləyir. Milli Məclis sədrinin birinci müavini Azərbaycan və Ukrayna parlamentləri arasındakı əlaqələrin daha da inkişaf etdirilməsinin önəmli olduğunu bildirib.
Boris Lojkin parlament seçkilərindəki parlaq qələbə münasibətilə Yeni Azərbaycan Partiyasını təbrik edib. O, yeni tərkibdə parlamentlərarası əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.
Ukrayna Prezidenti Administrasiyasının rəhbəri ölkəsinin Azərbaycan ilə əlaqələrə önəm verdiyini diqqətə çatdırıb. Qonaq Ukraynanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Milli_Meclisde_Azerbaycan_Ukrayna_elaqeleri_muzakire_olunub-907663

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR