Bakıda daha bir ərazidə parklanma yeri ləğv edilib

Bakıda daha bir ərazidə parklanma yeri ləğv edilib
19:17 2 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 2 dekabr. REPORT.AZ/ Bakı şəhərinin Ziya Bünyadov prospektində, "3-cü mikrorayon bazarı"nın qarşısında yerləşən avtomobil tunelinin üzərindəki qanunsuz parklanma yeri Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC tərəfindən ləğv edilib.
Cəmiyyətdən "Report"a daxil olan xəbərdə bildirilir ki, parklanma yerinin ləğv edilməsi istiqamətində işlər baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədilə həyata keçirilib. Əraziyə nəqliyyat vasitələrinin daxil olmasının qarşısını almaq üçün giriş hissəyə beton maneə qoyulub.
"Bu cür addımların parklanma yeri kimi hesablanaraq inşa edilməyən bütün avtomobil tunellərinin üzərində aparılması nəzərdə tutulub. Bundan başqa, yol ötürücülərinin (avtomobil körpülərinin) alt hissəsində də mövcud olan parklanma yerlərinin ləğvi planlaşdırılır. Çünki bu cür parklanma yerləri həm əhaliyə, həm də şəhərin yol-nəqliyyat infrastrukturuna təhlükə yaradır", - məlumatda bildirilir.
Xatırladaq ki, bir müddət bundan öncə böyük məbləğdə dövlət vəsaiti hesabına Bakı şəhərində inşa edilmiş tunellərin üstünün və yol ötürücülərinin alt hissəsinin parklanma üçün istifadəsinin qadağan edilməsi ilə bağlı “Azəryolservis” tərəfindən aidiyyəti üzrə müraciət olunub.

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/bakida-daha-bir-erazide-parklanma-yeri-levg-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR