Peter Zayzenbaher: Azərbaycan cüdoçuları müsbət nəticələr əldə etməyə başlayıb

Peter Zayzenbaher: Azərbaycan cüdoçuları müsbət nəticələr əldə etməyə başlayıb
19:18 2 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 2 dekabr, AZƏRTAC
Cüdo üzrə Azərbaycan milli komandasının baş məşqçisi Peter Zayzenbaher cüdoçuların son çıxışlarını dəyərləndirib və qarşıdakı planlardan danışıb. P. Zayzenbaher bildirib ki, Çin Qran-prisində gözləntilər özünü doğruldub və cüdoçular əzmkar mübarizə apararaq uğurlar qazanıblar.
Baş məşqçi eyni sözləri Koreya Qran-prisi barədə də deyib: “Artıq Azərbaycan milli komandasında yeni rəhbərliklə birgə müsbət nəticələr əldə etməyə başlamışıq. O ki qaldı idmançıların səviyyəsinə, inkişaf daimi prosesdir və biz də bunun üçün çalışırıq. Qarşıda 20 günlük təlim-məşq toplanışı nəzərdə tutulub. Koreyada bir neçə gün təlim-məşq toplanışı keçirdik və bundan sonra hazırlığımızı Monqolustanda davam etdirəcəyik. Orada da güclü məşqlərimiz keçəcək”.
Peter Zayzenbaher bildirib ki, dekabrın 4-də Tokioda cüdo üzrə “Böyük dəbilqə” yarışına start veriləcək. Bu mötəbər turnirdə Azərbaycanı iki cüdoçu – Elmar Qasımov və Elxan Məmmədov təmsil edəcək. “Çünkü qısa müddətdə 3 yarışda güləşmək çox ağırdır. Həmçinin də, uşaqların çoxu növbəti dəfə çəki atmalıdırlar. Koreya Qran-prisində zədələnən Nicat Şixəlizadə isə bu gün Bakıya qayıdır. O, Azərbaycanda həkimlərimizin nəzarətində olacaq”, - deyə baş məşqçi vurğulayıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Peter_Zayzenbaher_Azerbaycan_cudochulari_musbet_neticeler_elde_etmeye_baslayib-907664

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR