Eldar Cəfərov: "Hər şeyi geri qaytarırıq – inamı da, etibarı da, bankın satılmış əmlak və avadanlıqlarını da"

Eldar Cəfərov: "Hər şeyi geri qaytarırıq – inamı da, etibarı da, bankın satılmış əmlak və avadanlıqlarını da"
19:22 2 Dekabr 2015
97 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az "Texnikabank"ın İdarə Heyətinin sədri Eldar Cəfərovun musavat.com-a müsahibəsini təqdim edir

- Eldar müəllim, "Texnikabank" rəhbərliyinin dəyişməsindən bir ay ötdü. Etibar Əliyev təxminən 1 ay öncə yenidən bankın rəhbəri postuna qayıtdı. Bu müddətdə bankın həyatında, fəaliyyətində nə kimi müsbət dönüş baş verib? Bankın inkişafı üçün ilk olaraq nədən başlamısınız?

- Təşəkkür edirəm. Sualınıza gəldikdə isə ilk növbədə onu deyim ki, bankın fəaliyyəti tam bərpa edilib. Müşahidə Şurasının qərarı ilə Artıq İdarə Heyəti formalaşıb, bankın yaxın müddət üzrə inkişaf strategiyası müəyyənləşdirilib. Həmin strategiyaya uyğun olaraq, bankda rebrendinq aparılıb və köhnə adı - "Texnikabank" özünə qaytarılaraq yeni loqo və sloqan təsdiqlənib. Bankın hesablarına qoyulmuş qadağalar aradan qaldırılıb, fəaliyyətini dayandırmış filial və şöbələrin işi bərpa edilib. Notariat kontorlarında ləğv olunan qeyri-nağd ödəniş sistemlərinin avadanlıqları yenidən quraşdırılaraq fəaliyyətə başlayıb. Ən önəmlisi, bank, müştəriləri və əmanətçiləri qarşısında öhdəliklərini tam həyata keçirir.

Həmçinin bankın satılmış əmlak və avadanlıqların banka qaytarılması prosesi davam edir. Plastik kartlar üzrə əməliyyatlar tam bərpa edilmiş və bu sahənin inkişaf etdirilməsi üçün ciddi layihələr həyata keçirilir. Artıq MDB, yaxın və uzaq xarici ölkələri əhatə edən sistemlər vasitəsilə surətli pul köçürmələrinə də start vermiş xidmətlər bankın bütün filial və şöbələrində müştərilərə təqdim olunur.

Düşünürəm ki, bir ay ərzində ciddi işlər görülüb və qeyd etdiyim kimi, əsas amil ondan ibarətdir ki, bank öz vəzifə və öhdəliklərini yerinə yetirir və gələcəkdə də bu strategiyaya uyğun olaraq işlər davam etdiriləcək.

- Son vaxtlar əmanətçilərin pulları qaytarılmırdı, kredit verilişi dayandırılmışdı, kredit kartları işləmirdi və s. Ölkənin ən iri və yüksək gəlirlə işləyən bir bankının bu günə salınmasının səbəbləri aşağı-yuxarı aydındır, ictimaiyyət bunun səbəblərini yaxşı bilir. Etibar müəllimin mətbuata verdiyi açıqlamalarda bildirmişdi ki, bank əvvəlki fəaliyyətini və prestijini geri qaytaracaq. Bunun üçün nə qədər zaman lazımdır?

- Dediyim kimi, artıq bankın bütün istiqamətlər üzrə fəaliyyəti bərpa edilib. Ümumiyyətlə, Etibar müəllimin "Texnikabank" rəhbərliyinə qayıtması bankın həyatında bir dönüş olub. Çox qısa müddətdə bank defolt vəziyyətindən çıxarılıb, likvidlik təmin olunub və yenidən ən etibarlı bank imicini formalaşdırır. İpoteka Fondu üzrə "Texnikabank" yenidən Fondun layihələrinə cəlb edilib, dövlət müəssisələri və icra orqanları ilə pozulmuş münasibətlər yenidən bərpa edilib. Keçmiş rəhbərliyin vaxtında bir çox qurumlarla yaranan borcların bəzisi artıq bağlanıb, bəziləri isə ödənilməkdədir. Bankın özünə kredit borcu olan müştərilər də borclarını qaytarmağa başlayıb. Bu isə onu göstərir ki, aparılan erkən, təxirəsalınmaz tədbirlər nəticəsində bank əvvəlki nüfuzunu qaytara bilib.

Hazırda, "Texnikabank" xidmət səviyyəsinin yüksəldilməsi və çeşidin genişləndirilməsi istiqamətində bütün tədbirləri həyata keçirir, müştərilər yüksək səviyyədə bank xidmətləri ilə təmin olunur. Həmçinin bankın www.texnikabank.az ünvanında yerləşən internet saytı yeni formatda işlənib-hazırlanaraq, müştərilərin ixtiyarına veriləcək. Bu sayt vasitəsilə müştərilər bank haqqında bütün bilgilərə yiyələnəcək və rahat bank əməliyyatlarını həyata keçirə biləcəklər.

- 2012-ci ilin martından sonra təkcə bankın əmlakı, banka yerləşdirilən əmanətlər dağıdılmadı, həm də Etibar müəllimin illərdən bəri formalaşdırdığı komanda dağıdıldı. Hazırda "Texnikabank"dakı əvvəlki kadrları cəlb edə bilirsinizmi?

- Doğrudur. Vaxtilə 1000 nəfərdən çox əməkdaşı olduğu halda, hazırda bankda 300 nəfər çalışır. Son üç ildə banka rəhbərlik etmiş şəxslər tərəfindən bankın peşəkar kadrları işdən uzaqlaşdırılıb, hətta elə sahələr var ki, məsələn, proqram təminatı, iflic olmuşdu. Bəzi mütəxəssislər isə özləri həmin rəhbərliklə işləməyin mümkünsüzlüyündən, öz hesablarına məzuniyyətə çıxmışdılar. Hazırda bankda işin keyfiyyətini yüksəltmək məqsədilə yeni struktur formalaşıb və kadr islahatlarına start verilib. Bankdan uzaqlaşdırılan peşəkar mütəxəssislər yenidən öz işlərinə qaytarılır. Departament və şöbələr gücləndirilmiş iş rejimində yeni struktura uyğun olaraq işləyirlər.

- Beynəlxalq Bankın keçmiş rəhbərliyinin idarəçiliyində buraxılmış nöqsanlar və mənfi proseslər Azərbaycanın bank sektoruna olan inamı, etibarı ciddi şəkildə zədələyib. Artıq insanlar pullarını banklara əmanət etməyə tərəddüd edir. Sizin rəhbəri olduğunuz "Texnikabank" da ölkənin ən iri maliyyə qurumlarındandır. Belə bir vəziyyətdə insanların inamını bərpa etmək üçün nə kimi planınız, konsepsiyanız var? Banka əmanət cəlb etmək istiqamətində çətinliklə üzləşirsizmi?

- Bilirsiniz ki, istənilən bankın uğurla çalışması üçün müştəri etimadı ən vacib faktordur və biz bankın rəhbərliyinə gəldikdən sonra əsas diqqəti məhz bu amilə yönəltmişik. Nəticədə, vaxtilə digər banklara üz tutmuş müştərilər yenidən banka qayıdır, fiziki və hüquqi şəxslər yenidən bizim bankdakı hesablarından əməliyyatları həyata keçirir. Banka müraciət edən insanların sayı gözlədiyimizdən də böyük surətlə artır. Yəni, artıq əhalinin bizə olan inamını bərpa edə bilmişik.

- Devalvasiyadan artıq bir müddət ötüb. Bank sektoru tədricən yeni şəraitə uyğunlaşmaqdadır, lakin eyni zamanda dünyada çox ciddi proseslər gedir və təbii ki, Azərbaycana da təsir edir. Belə olanda, bank hansı addımlar atmalıdı? Özünü və müştəriləri necə sığortalamalıdı? Ümumiyyətlə, iqtisadi inkişafı ölkəmizdə necə görürsünüz?

- Bilirsiniz, cənab Prezident müasir dünyada gedən iqtisadi prosesləri çox gözəl bilir və bu gün ölkəmizdə formalaşmış iqtisadi sabitlik də məhz dövlət başçısının yürütdüyü ölçülüb-biçilmiş siyasətin nəticəsidir. Ona görə, ikinci devalvasiyanın olacağını hesab etmirik. Ölkənin makroiqtisadi göstəriciləri Mərkəzi Bankın tam nəzarətindədir və düşünülmüş pul-kredit siyasəti həyata keçirilir. Hesab edirik ki, ölkədə biznes mühiti fəallaşacaq, bank sektorunda ciddi yeniliklər və inkişaf müşahidə ediləcək.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Şəkidə meşə ərazisində yanğın hadisəsi baş verib

23 Avqust 2017 21:37

Britni Spirs ideal bədənini göstərdi - VİDEO

23 Avqust 2017 21:33

“Qarabağ” tarixi oyuna çıxır

23 Avqust 2017 21:30

Bakıda avtobus sürücüsü evə basqın edib - VİDEO

23 Avqust 2017 21:18

Gürcüstanda yerli özünü idarəetmə orqanlarına keçiriləcək seçkilərə 39 mln. lari ayrılacaq

23 Avqust 2017 21:17

Avtomobil qiymətinə qoyun satılır -

23 Avqust 2017 21:10

Qəbələdə yeni binalar və istirahət mərkəzləri inşa edilir

23 Avqust 2017 21:08

Nazir: Kənd təsərrüfatı sektorunda çalışanların sayı bu ilin əvvəlinə 1,7 milyon nəfəri ötüb

23 Avqust 2017 20:52

Yaponiyada dəfn mərasimlərini robotlar idarə edəcək - FOTO

23 Avqust 2017 20:48

Nəhəng ilan uşağa hücum etdi -

23 Avqust 2017 20:45

Rus zənginlər xaricdə 1 trln. dollardan çox vəsait gizlədirlər

23 Avqust 2017 20:37

Azərbaycanlı fotoqrafdan yarıçılpaq – FOTOLAR

23 Avqust 2017 20:33

Xaçmazda 54 yaşlı kişini tok vurub öldürdü

23 Avqust 2017 20:29

"Hato" qasırğası Honq-Konqa çatıb

23 Avqust 2017 20:25

Arxeoloqlar 1500 yaşı olan MOZAİKA TAPDILAR

23 Avqust 2017 20:18

Mingəçevirdə 21 yaşlı qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb

23 Avqust 2017 20:17

"Azexport"a 7 ayda 53 ölkədən 264 mln. ABŞ dolları məbləğində ixrac sifarişi daxil olub

23 Avqust 2017 20:12

İrəvanın “Prometey” QORXUSU, sülh üçün YEGANƏ YOL... – GÜNÜN SİYASİ XÜLASƏSİ

23 Avqust 2017 20:03

Terrorçular məhkəmə qarşısına çıxdı -

23 Avqust 2017 20:00

Soçidə Rusiya və Ermənistan prezidentləri arasında görüş keçirilir

23 Avqust 2017 19:52

Norveç Neft Fondu səhmlər investisiyasını daha 10% bəndi artırır

23 Avqust 2017 19:52

Ərəb koalisiyası Yəmənə aviazərbələr endirdi, 35 dinc sakin öldü

23 Avqust 2017 19:48

Mettis:

23 Avqust 2017 19:38

Soçidə Putinlə Sarkisyan görüş keçirir

23 Avqust 2017 19:37

DİM sədri: "Vaxtilə belə diplomlar Moskvada metroda da satılırdı"

23 Avqust 2017 19:27

Nazirlik:

23 Avqust 2017 19:16

Müəllimlərin dərs yükü və əməkhaqqı ilə bağlı prezidentdən SƏRƏNCAM

23 Avqust 2017 19:09

Bu il 0-100 bal arası nəticə göstərənlərin sayı artıb

23 Avqust 2017 19:04

39 yaşı tamam olan Vüsal Məmmədov: “Daha məni düşmən sayanları da incitməməyə çalışacam"

23 Avqust 2017 19:03

Türkmənistan prezidenti Ermənistana rəsmi səfər edəcək

23 Avqust 2017 19:02

“Qəbələ”yə Cənubi Koreyaya yollanır

23 Avqust 2017 18:57

Azərbaycan FHN Gürcüstanda yanğınsöndürmə əməliyyatlarını davam etdirir

23 Avqust 2017 18:56

Təhsil Nazirliyinin mərkəzləşdirilmiş müsabiqə yolu ilə işə qəbul etdiyi müəllimlərin əməkhaqqı artırılıb

23 Avqust 2017 18:52

Macarıstanın Azərbaycandakı səfirliyi viza verilməsini müvəqqəti dayandırıb

23 Avqust 2017 18:42

FHN Gürcüstanda yanğınla bağlı düşərgə yaratdı

23 Avqust 2017 18:34

Dənizdə batan əcnəbi xilas edildi

23 Avqust 2017 18:33

Ali məktəblərin nəzdində hazırlıq qruplarının yaradılması ilə bağlı layihə hazırlanıb

23 Avqust 2017 18:32

Nazirlik: Bakı və Abşeronda müşahidə olunan tozun miqdarı 52 faizi keçib

23 Avqust 2017 18:27

İkimərtəbəli mağaza yandı

23 Avqust 2017 18:23

"ASAN xidmət"in işçilərinin sayı artırılıb

23 Avqust 2017 18:17

Ali məktəbə qəbulda test imtahanı ləğv edilir?

23 Avqust 2017 18:17

Nazirlər Kabineti Aparatının strukturunu təsdiq edildi

23 Avqust 2017 18:14

"Qarabağ"ı bu axşam Danimarkada nə gözləyir? - BAŞ MƏŞQÇİLƏRİN ŞƏRHİ

23 Avqust 2017 18:08

28 ryonun içməli su təminatı yaxşılaşdırılacaq - SƏRƏNCAM

23 Avqust 2017 18:04

Nazirlər Kabinetində sahibsiz heyvanlarla mübarizəyə və görüləcək profilaktik tədbirlərə dair müşavirə keçirilib

23 Avqust 2017 18:02

Şirvan Əbilov “Tərəqqi” medalı ilə təltif edilib

23 Avqust 2017 18:02

Merkel NATO nizamnaməsini RƏDD ETDİ

23 Avqust 2017 17:58

Azərbaycanın 28 rayonunda içməli su təchizatı sistemi qurulacaq

23 Avqust 2017 17:52

Manatın sabaha olan məzənnəsi

23 Avqust 2017 17:52

Qafqazın ilk xanım fan klubunun üzvləri: ""Qarabağ" tarix yazacaq" - FOTOLAR

23 Avqust 2017 17:48