Pentaqon Türkiyəni müdafiə etdi: “İŞİD-də neft almır”

Pentaqon Türkiyəni müdafiə etdi: “İŞİD-də neft almır”
19:29 2 Dekabr 2015
52 Dünya
Ölkə mətbuatı
A- A+

 

 

“Pentaqon Türkiyənin İŞİD-dən neft aldığını təsdiqləyən sübutlara malik deyil”.

 

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun mətbuat xidmətinin rəhbəri Elissa Smit bildirib.

 

“Biz Türkiyə hakimiyyətinin İŞİD-lə neft sövdələşməsinə getməsinə dair ehtimalları rədd edirik. Bu ittihamları təsdiqləyən sübutları görməmişik. Türkiyə beynəlxalq tərəfdaşları ilə birlikdə Suriya ilə sərhədlərinin təhlükəsizliyinin gücləndirilməsi istiqamətində addımlar atır. Bizim burada məqsədimiz İŞİD-in neft qaçaqmalçılığının qarşısını almaqdır. Biz Türkiyəni İŞİD-lə mübarizədə əsas tərəfdaş hesab edirik. Digər tərəfdaşlarımızla olduğu kimi Türkiyə ilə koalisiya çərçivəsində nələr edə biləcəyimizi, əməkdaşlıq məsələlərini, İŞİD üzərində qələbə imkanlarını müzakirə edirik”, - deyə o vurğulayıb.

 

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin rəsmisi Sergey Rudskoy İŞİD-in yanacaq daşıyan maşınlarının limanlara getdiyini, oradan isə neftin tankerlərlə üçüncü ölkələrə daşındığını bəyan edib. Rusiya Müdafiə Nazirliyi sübut kimi peyk vasitəsilə çəkilən şəkilləri göstərib


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/223698

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR