UNESCO-nun mənzil-qərargahında “Su, meqapolislər və iqlim dəyişiklikləri” mövzusunda müşavirə keçirilir

UNESCO-nun mənzil-qərargahında “Su, meqapolislər və iqlim dəyişiklikləri” mövzusunda müşavirə keçirilir
19:38 2 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 2 dekabr, AZƏRTAC
UNESCO-nun mənzil-qərargahında BMT-nin iqlim dəyişikliklərinə dair Konfransı çərçivəsində “Su, meqapolislər və iqlim dəyişiklikləri” mövzusunda müşavirə keçirilir. BMT-nin Paris sammitinə paralel keçirilən müşavirənin iştirakçıları böyük şəhərlərin qlobal istiləşmənin nəticələrinə uyğunlaşması yollarını müzakirə edirlər.
Meqapolislər bir çox çətinliklərlə üzləşirlər, lakin məhz bu şəhərlər böyük ehtiyatlara, o cümlədən bu cür çətinliklərin öhdəsindən gəlmək üçün zəruri olan texniki, elmi və insan ehtiyatlarına malikdir.
AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, “Su, meqapolislər və iqlim dəyişiklikləri” beynəlxalq müşavirəsi meqapolislərin nümayəndələrinə və dünya ekspertlərinə şəhər sakinlərinin iqlim dəyişikliklərinin nəticələrinə uyğunlaşması yolları haqqında fikir mübadiləsi aparmağa imkan verəcək. Konfransda 12 meqapolis, o cümlədən Bombey, Buenos-Ayres, Çikaqo, İstanbul, Laqos, London, Manila, Mexiko, Nyu-York, Paris, Pekin, San-Paulu və Tokio haqqında tematik araşdırmalar təqdim olunacaq.
Müşavirə ümumi platforma yaratmaq çağırışı ilə başa çatacaq. Bu platformanın köməyi ilə böyük şəhərlərdə su ehtiyatlarının idarə olunması və iqlim dəyişikliklərinə uyğunlaşma üzrə layihələr işləyib hazırlamaq mümkün olacaq.
Qeyd edək ki, 2011-ci ildən etibarən dünya əhalisinin yarısından çoxu şəhərlərdə yaşayır. Meqapolislərin və əhalisinin sayı 10 milyon nəfərdən çox olan şəhərlərin sürətlə artması müşahidə olunur. Spesifikası, əhalinin, malların və xidmətlərin cəmləşməsi səbəbindən meqapolislərin ən zəif yeri su ilə bağlı risklərdir. İqlim dəyişiklərinin – daşqınların, su mənbələrinin çirklənməsinin, su çatışmazlığının nəticələri ilə bağlı vəziyyət kəskinləşir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/UNESCO_nun_menzil_qerargahinda_Su_meqapolisler_ve_iqlim_deyisiklikleri_movzusunda_musavire_kechirilir-907670

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR