Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

MNP sistemi "Bakcell"in korporativ müştərilərinin sayını artırıb

MNP sistemi "Bakcell"in korporativ müştərilərinin sayını artırıb

Date: 2 December 2015 19:42

Bakı. 2 dekabr. REPORT.AZ/ Ötən ildən tətbiq olunmağa başlayan nömrələrin daşınması xidməti (MNP) "Bakcell" şirkətinin xeyrinə işləyib. Bu xidmətin tətbiqi nəticəsində "Bakcell" şirkətinin korporativ abunəçilərinin sayı artıb.
Bunu "Report"a açıqlamasında "Bakcell" şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib.
Onun sözlərinə görə, bu xidmətin tətbiqi ilə "Bakcell"ın platformasına daşınan nömrələrin sayı gedənlərdən daha çox olub: "Amma bizi maraqlandıran yeni müştərilərin mütləq sayı deyil, onların keyfiyyətidir. Hazırda bu imkanlardan istifadə edərək iri biznes müştəriləri nömrələrini bizim platformaya daşıyır. Çünki "Bakcell"in şəbəkəsi digər mobil operatorlardan daha güclü və böyükdür".

Tags:  MNP sistemi Bakcellin korporativ müştərilərinin sayını artırıb


RƏYLƏR


Top news