Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Naxçıvan Dövlət Universitetinin komandası şəhər birinciliyinin qalibi olub

Naxçıvan Dövlət Universitetinin komandası şəhər birinciliyinin qalibi olub

Date: 2 December 2015 19:53


Naxçıvan, 2 dekabr, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin idman zalında “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında ali və orta ixtisas təhsili müəssisələrinin oğlan komandaları arasında voleybol üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, yarış başlanmazdan əvvəl çıxış edən Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov və Voleybol Federasiyasının sədr müavini Aydın Mirzəyev yarışın mahiyyəti və qaydaları haqqında iştirakçılara məlumat veriblər.
Bildirilib ki, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi ilə muxtar respublikanın Voleybol Federasiyasının birgə təşkil etdiyi birinciliyin keçirilməsində məqsəd voleybol idman növünün gənclər arasında təbliğ edilməsidir.
Altı komandanın mübarizə apardığı birincilik Beynəlxalq Voleybol Federasiyasının qaydalarına əsasən Olimpiya sistemi üzrə keçirilib.
Bütün rəqiblərini məğlub edən Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Musiqi Kollecinin komandaları finalda qarşılaşıblar. Daha üstün oyun sərgiləyən Naxçıvan Dövlət Universitetinin komandası birinciliyin qalibi olub.
Sonda qalib komandaya diplom və hədiyyə təqdim edilib.

Tags:  Naxçıvan Dövlət Universitetinin komandası şəhər birinciliyinin qalibi olub



RƏYLƏR


Top news