Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Polis məşhur meyxanaçının avtomobilini qaytardı - FOTO

Polis məşhur meyxanaçının avtomobilini qaytardı - FOTO

Tarix: 2 Dekabr 2015 20:05

Sənədi olmadan avtomobil idarə etdiyinə görə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan meyxanaçı Pərviz Bülbülədən xəbər var.

Milli.Az-ın lent.az-a istinadən məlumatına görə, sənədi olmadan "Toyota" markalı avtomobili idarə edən meyxanaçının maşını cərimə meydançasından çıxarılıb.

Qeyd edək ki, meyxanaçı P.Bülbülə bir neçə gün öncə sərxoş vəziyyətdə saxlanılan prodüser Təranə Səmədovaya kömək etmək üçün hadisə yerinə gəlmişdi. Təranəyə kömək etmək istəyən meyxanaçının bu istəyi isə ona baha başa gəlmişdi. Belə ki, Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları sənədsiz avtomobil idarə edən meyxanaçının maşınını cərimə meydançasına aparmışdılar. 

Milli.Az


Teqlər:  Polis məşhur meyxanaçının avtomobilini qaytardı FOTO



RƏYLƏR


Top xəbərlər