Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan Kubokunda "Böyük oyun"

Azərbaycan Kubokunda "Böyük oyun"

Date: 2 December 2015 20:07

Azərbaycan Kubokunun 1/4 final mərhələsinə vəsiqə qazanan 6 komanda müəyyənləşib. Fanat.az хəbər verir ki, bu gün keçirilən oyunlardan sonra "Qarabağ", "Xəzər Lənkəran", "Neftçi", "Zirə", "İnter" və "Sumqayıt" mərhələ adlayıb.


Artıq 1/4 finalın iki cütlüyünə də aydınlıq gəlib. Bu mərhələdə "Böyük oyun" baş tutacaq. Belə ki, "Xəzər Lənkəran" əzəli rəqibi "Neftçi"yə rəqib olub. "Sumqayıt" isə "Qarabağ"la qarşılaşacaq.


Daha iki cütlük sabah müəyyənləşəcək. "İnter" "Rəvan" - "Bakı" cütünün, "Zirə" "Qəbələ" - "Mil-Muğan" cütünün qalibi ilə qarşılaşacaq.


Fanat.az


Tags:  Azərbaycan Kubokunda Böyük oyun

RƏYLƏR


Top news