Yunis Hüseynov: "Çox yaxşı işlər görmədik, amma döyüşdük"

"Xəzər Lənkəran" "Kəpəz"i 1:0 hesabı ilə məğlub edərək Azərbaycan kubokunda mərhələ adlayıb.

Oyundan sonra Yunis Hüseynovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssisin səsləndirdiyi fikirləri sizinlə bölüşürük:

"Gərgin oyun alındı. Qələbə qazanmağı çox istəyirdik. Kubokda qazanacağımız uğur bizim üçün stimul olacaqdı. Futbolçuları təbrik edirəm, 90 dəqiqə mübarizə apardılar. Bu gün gənc futbolçuların hesabına oynadıq, zədəli oyunçularımız çoxdur. Bəli, biz oyun baxımından çox yaxşı işlər görmədik, amma döyüşdük".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR