Azərbaycanın tarixçi-alimləri İzmirdə beynəlxalq simpoziumda

Azərbaycanın tarixçi-alimləri İzmirdə beynəlxalq simpoziumda
20:13 2 Dekabr 2015
44 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 2 dekabr, AZƏRTAC
Türkiyənin İzmir şəhərində Atatürk Araşdırma Mərkəzi və Dokuz Eylül Universitetinin Atatürk Prinsipləri və İnqilab Tarixi İnstitutunun birgə təşkilatçılığı ilə “Türkiyə Respublikasının iqtisadi və sosial tarixi” mövzusunda beynəlxalq simpozium keçirilib.
Beynəlxalq tədbirdə ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun rəhbərliyi ilə bir qrup tarixçi alim təmsil edib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, bu elm müəssisəsi direktorunun müavini Cəbi Bəhramov və tarix üzrə fəlsəfə doktoru İradə Məmmədova beynəlxalq tədbirin müxtəlif bölmələrinə sədrlik ediblər.
Simpoziumda çıxış edən Y.Mahmudov Türkiyənin iqtisadi və ictimai inkişafından, Azərbaycan ilə qardaş ölkə arasındakı iqtisadi əlaqələrdən söz açıb.
Y.Mahmudov hər iki ölkə arasında iqtisadi əlaqələrin inkişafında ümummilli lider Heydər Əliyevin xidmətlərini xüsusi qeyd edib, Ulu Öndərin bu siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Vurğulanıb ki, hazırda qardaş ölkə ilə bütün sahələrdə əlaqələr hərtərəfli inkişaf edir.
Səfər çərçivəsində simpozium iştirakçıları İzmirin tarixi abidələri ilə tanış olublar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_tarixchi_alimleri_Izmirde_beynelxalq_simpoziumda-907688

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR