Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

YUNESKO Ermənistanın faylını qəbul etmədi

YUNESKO Ermənistanın faylını qəbul etmədi

Date: 2 December 2015 20:17

30 noyabr - 4 dekabr tarixində Namibiyanın paytaxtı Vindhuk şəhərində YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 10-cu sessiyası keçirilir. Sessiya çərçivəsində ölkələr tərəfindən Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahıya daxil edilməsi üçün təqdim olunan nominasiyalara dekabrın 1-də baxılmasına başlanıb.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, bundan əvvəl YUNESKO Qiymətləndirmə Orqanı nominasiya fayllarını nəzərdən keçirib və hər ölkənin təqdim etdiyi fayla dair rəylərini bildirib. Ermənistan tərəfinin təqdim etdiyi "Köçəri, ənənəvi qrup rəqsi" tələb olunan beş kriteriyaya görə mənfi rəy alıb.

Ermənistan nümayəndə heyətinin səylərinə baxmayaraq, Komitə Qiymətləndirmə Orqanının bununla bağlı qərarını dəstəkləyib və nominasiya faylının Ermənistan tərəfinə geri qaytarılması ilə bağlı qərar qəbul edib.

Komitədə təmsil olunan Azərbaycan nümayəndə heyəti üzv ölkələrin nümayəndələri ilə keçirdiyi görüşlərdə "Köçəri, ənənəvi qrup rəqsinin" Ermənistan tərəfindən milliləşdirilməsinin qəbuledilməz olduğunu ifadə edərək bu məsələ ilə bağlı Qiymətləndirmə Orqanının rəyinin və Komitənin ona uyğun qərarının gələcəkdə Ermənistanı Konvensiyanın tələblərinə riayət ediməsinə məcbur edəcəyini bildirib.

Milli.Az


Tags:  YUNESKO Ermənistanın faylını qəbul etmədi


RƏYLƏR


Top news