Azərbaycan alimi Tbilisidə treninq-seminarda iştirak edib

Azərbaycan alimi Tbilisidə treninq-seminarda iştirak edib
20:23 2 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 2 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyi direktorunun elmi-fond işləri üzrə müavini, tarix üzrə fəlsəfə doktoru Məhfuzə Zeynalova Gürcüstanın paytaxtı Tbilisi şəhərində Regional Cənubi Qafqaz ölkələrinin muzeyləri üçün altıncı treninq-seminarda iştirak edib.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, treninq-seminar muzeylərdə marketing, kommersiya xarakterli tədbirlərin və fandreyzinqin əsasları haqqında bilikləri paylaşmaq məqsədilə təşkil olunub.
Tədbirdə “Muzeylər nə üçündür və insanlar onun haqqında nə düşünürlər?”, “Nəticələr və gələcəyə doğru”, “Kommersiya fəaliyyəti və marketinq” və digər mövzularda mühazirələr dinlənilib, iştirakçılara sertifikatlar təqdim olunub.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_alimi_Tbiliside_treninq_seminarda_istirak_edib-907694

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR