Azərbaycanı dünyada tanıdan böyük müğənni Musiqi Mədəniyyəti Dövlət Muzeyində Rəşid Behbudovun 100 illik yubileyi qeyd edilib

Azərbaycanı dünyada tanıdan böyük müğənni Musiqi Mədəniyyəti Dövlət Muzeyində Rəşid Behbudovun 100 illik yubileyi qeyd edilib
20:38 2 Dekabr 2015
51 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın ali təhsili olmayan məşhurları (13 İyun 2017 12:45)
Rəşid Behbudovun anım gününə həsr olunmuş konsert (12 İyun 2017 18:12)
Parisdə Luvr muzeyində həyəcan siqnalı çalınıb (12 İyun 2017 15:57)


Bakı, 2 dekabr, Salehə Əliyeva, AZƏRTAC
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli müğənni, SSRİ Xalq Artisti (1959), Sosialist Əməyi Qəhrəmanı (1980) Rəşid Məcid oğlu Behbudovun anadan olmasının 100 illik yubileyi qeyd edilib.
AZƏRTAC xəbər verir ki, tədbir müğənninin ifasında “Azərbaycan” mahnısının səsləndirilməsi ilə başlanıb. Bu mahnı Rəşid Behbudovun özünəməxsus vizit kartı olub. O, dünyanın hər yerində konsertlərini bu mahnı ilə başlayıb və bu mahnı ilə də qurtarırdı.
Muzeyin şöbə müdiri Xanım Abdinova görkəmli müğənninin həyat və fəaliyyətindən söhbət açıb.
Bildirilib ki, Rəşid Behbudov 1915-cil il dekabrın 14-də Tiflisdə doğulub. Onun ilk müəllimi atası, Şuşanın tanınmış xanəndəsi Məcid Behbudov olub. Anası Firuzə Vəkilova rus dili müəllimi, habelə Tiflis klubunda dram dərnəyinin rəhbəri olub.
1943-cü ildə Bakı kinostudiyası Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında “Arşın mal alan” filmini çəkməyi qərara alıb. Filmin yaradıcılarından biri təsadüfən Zabitlər Evində Rəşid Behbudovun Əsgərin ariyasını oxumasını görüb və onu filmdə baş rola dəvət edib. 1945-ci ildə ekranlara çıxan film SSRİ-də və bir çox ölkələrdə uğur qazanıb.
R.Behbudov 1946-1956-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-1960-cı illərdə M.F.Axundzadə adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, Fikrət Əmirovun “Sevil” operasında Balaş rolunu ifa edib.
R.Behbudov 1957-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində caz üslubunu və xalq musiqi alətlərini birləşdirən ansambl yaradıb və ona rəhbərlik edib (1957-1959). O, Azərbaycan Dövlət Mahnı Teatrını yaradıb və ömrünün sonunadək onun bədii rəhbəri və solisti olub. Teatr hazırda onun adını daşıyır.
Yaraşıqlı görkəmi, aktyorluq bacarığı və məlahəti, istənilən milli musiqini duymaq istedadı Rəşid Behbudova böyük uğur gətirib və bu uğur onu ömrü boyu müşayiət edib. Müğənninin zəngin repertuarında əsas yeri Azərbaycan bəstəkarlarının mahnıları, xalq mahnıları tutub. O, bir neçə bədii filmə çəkilib.
Tədbirdə Xalq Artisti, tarzən Ramiz Quliyev böyük müğənni haqqında xatirələrini bölüşüb. Bildirib ki, 1978-1989-cu illərdə ansamblda işləyib və müğənnini qastrollarda müşayiət edib. Azərbaycan xalqının zəngin musiqi mədəniyyəti, gözəl müğənniləri var. Lakin populyarlıqda Rəşid Behbudovun tayı-bərabəri olmayıb.
Konsert proqramını R.Behbudov adına 2 nömrəli musiqi məktəbinin xalq-çalğı alətləri ansamblı açıb. Sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistlərinin ifasında müğənninin repertuarından mahnılar, operalardan parçalar səsləndirilib.
Tədbirdə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin arxiv materialları əsasında hazırlanmış slayd-şou nümayiş etdirilib. Qərb Universitetinin dizayn kafedrası tərəfindən sərgi təqdim edilib.



RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Açıq məkanlı loft - FOTO

28 İyun 2017 04:32

Pilot insanlara DƏHŞƏT yaşadır - "Qusma, baş gicəllənməsi..." – VİDEO

28 İyun 2017 04:03

"Facebook" istifadəçilərinin sayı 2 milyard nəfərə çatıb

28 İyun 2017 04:02

Putin Ermənistandakı qoşunları üzrə nümayəndə təyin etdi

28 İyun 2017 03:54

Astroloji proqnoz -

28 İyun 2017 03:41

Riz kamera qarşısında - FOTO

28 İyun 2017 03:32

ABŞ-da universitet bomba qoyulması barədə xəbər səbəbindən təxliyə edilib

28 İyun 2017 03:29

Dünyanın ən utancaq səyahətçisi - FOTO

28 İyun 2017 03:03

Polşa prezidenti: "Polkovnik Vəli bəy Yadigar II Dünya müharibəsində bizim azadlığımızı qoruyub"

28 İyun 2017 02:47

Qətər ərəb ölkələrinin tələblərini nəzərdən keçirməyə hazırdır

28 İyun 2017 02:37

"Azərbaycan Avropa ilə Asiyanı birləşdirən önəmli körpüdür" -

28 İyun 2017 02:37

Səudiyyə Ərəbistanının XİN rəhbəri: Səudiyyə Ərəbistanı və bir sıra ərəb ölkələrinin Qətərə qarşı irəli sürdüyü şərtlər üzrə danışıqlar olmayacaq

28 İyun 2017 02:36

Sidneydə möhtəşəm işıq festivalı - FOTO

28 İyun 2017 02:32

Andjey Duda: "Azərbaycan Polşanın Şərq siyasəti üçün çox önəmlidir"

28 İyun 2017 02:17

Türkiyə Suriyanın şimalında geniş hərbi əməliyyatlara hazırlaşır

28 İyun 2017 02:02

Avropa çempionatında finalçılar müəyyənləşdi

28 İyun 2017 01:58

“Qarabağ” seçim edəcək

28 İyun 2017 01:49

"Facebook" istifadəçilərinin sayı 2 milyarda çatıb

28 İyun 2017 01:43

Rusiya hərbçisi Ukrayna ordusuna əsir düşüb

28 İyun 2017 01:37

Mübariz İbrahimova həsr edilmiş animasiya hazırlanıb -

28 İyun 2017 01:34

Kəşfiyyat şefinin qətlində RUSİYA İZİ

28 İyun 2017 01:33

Təbiəti yenə qorumayaq? - FOTO

28 İyun 2017 01:32

Şəki yenidən öz qapılarını “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı iştirakçılarının üzünə açıb (FOTO)

28 İyun 2017 01:22

Angela Merkel dönər hazırladı -

28 İyun 2017 01:15

İlham Əliyev Varşavada Qarabağdan danışdı

28 İyun 2017 01:09

Xəzərdə boğulmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib

28 İyun 2017 00:47

Polşa prezidenti: "Azərbaycan mühüm tərəfdaşımızdır"

28 İyun 2017 00:44

Xəzərdə batan şəxs xilas edilib

28 İyun 2017 00:43

Tut yığmaq istədi, xəstəxanalıq oldu

28 İyun 2017 00:39

Azərbaycan güləşçiləri Avropa çempionatının ilk günündə bir dəst medal qazanıblar

28 İyun 2017 00:37

Andjey Duda: "Polşa və Azərbaycan öz regionlarında iqtisadi liderlərdir"

28 İyun 2017 00:37

Tayson Bakıya gələcək

28 İyun 2017 00:33

Çempionlar Liqasında mübarizəyə start verilib -

28 İyun 2017 00:28

Avropa kuboklarında 2017-2018 mövsümünə start verilib

28 İyun 2017 00:17

"Toyota" piyadanı vurub öldürdü

28 İyun 2017 00:09

Astroloji proqnoz - 28 iyun

28 İyun 2017 00:08

Dubayın əsl siması: o şəhər göründüyü kimi deyil - FOTO

28 İyun 2017 00:05

“Akdağ” məhv edildi

28 İyun 2017 00:05

Günün qoroskopu: əsəblərinizi cilovlayın

28 İyun 2017 00:05

Bir gecədə bağırsaq qurdlarından xilas olmaq istəyirsinizsə...

27 İyun 2017 23:57

"Cənub Qaz Dəhlizi" layihəsi Avropaya qazın çatdırılması üçün yeganə yeni mənbədir" -

27 İyun 2017 23:56

Türkiyədə terrorçular hərbi avtomobilə hücum ediblər

27 İyun 2017 23:55

Ocaqlara və pirlərə getmək nə vaxtdan günah sayılıb?

27 İyun 2017 23:52

Autizm dünyanın sonu deyil

27 İyun 2017 23:47

“Stress çarxları” həqiqətənmi, müalicəvidir? - Marketinqin yeni hiyləsi

27 İyun 2017 23:42

Bu 12 əlamət sizdə varsa, HƏKİMƏ MÜRACİƏT EDİN

27 İyun 2017 23:42

Məscidə piyada getməyin savabı nə qədərdir?

27 İyun 2017 23:42

Stalinin kokaindən istifadə etməsi təsdiqlənib - Arxivlər açıldıqca...

27 İyun 2017 23:42

Prezidentin şərəfinə ziyafət

27 İyun 2017 23:39

Samuxda qadın ağacdan yıxıldı

27 İyun 2017 23:37