“Norveçin siyasi sistemi” mövzusunda mühazirə maraqla qarşılanıb

“Norveçin siyasi sistemi” mövzusunda mühazirə maraqla qarşılanıb
20:43 2 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 2 dekabr, AZƏRTAC
Dekabrın 2-də Azərbaycan Dillər Universitetində (ADU) Norveç Krallığının ölkəmizdəki səfiri Bord İvar Svendsen bu ali məktəbin regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin skandinaviyaşünaslıq ixtisası üzrə təhsil alan tələbələrinə “Norveçin siyasi sistemi” mövzusunda mühazirə oxuyub.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu ali məktəbin Skandinaviya Mərkəzinin baş mütəxəssisi Vüsalə Əfəndiyeva səfir Bord İvar Svendsenin ötən həftə də universitetdə Norveçə məxsus “Şpitsberqen (Svalbard) adlarının hüququ statusu, iqtisadiyyatı, bu günü” mövzusunda mühazirə oxuduğunu xatırladıb. O, belə mühazirələrin tələbələrin gələcək inkişafında faydalı olduğunu söyləyib.
Bord İvar Svendsen Norveçin siyasi sistemi, Konstitusiyası barədə ətraflı məlumat verib. Diplomat Norveç Konstitusiyasının 1814-cü il mayın 17-də Akershus quberniyasının Eydsvol şəhərciyində qəbul edildiyini və bu günədək qüvvədə olduğunu bildirib. O, hər il bu günün Norveç xalqı tərəfindən təntənə ilə qeyd olunduğunu diqqətə çatdırıb. Norveç parlamentindən danışan səfir bu qurumun169 üzvü olduğunu vurğulayıb.
Səfir Norveçin vergi sistemindən də söz açıb. O, Norveçdə təhsil, səhiyyə xərclərinin dövlət tərəfindən ödənildiyini bildirib.
Sonda tələbələrin sualları cavablandırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Norvechin_siyasi_sistemi_movzusunda_muhazire_maraqla_qarsilanib-907703

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR